15 Dekabr 2022 19:00
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14-ü saat 18:00 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçuları Axundov Rza Yusif oğlu, Şirinov Murad İsa oğlu və İbişli Qabil Ədalət oğlunun hərbi tibb müəssisələrində həkimlərin nəzarəti altında müalicələri davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib.

"Hər üç hərbçimizin həyatına təhlükə yoxdur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər