17 Dekabr 2022 09:38
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən hava limanına qayıtmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, təyyarə saat 09:18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sözügedən reysin sərnişinləri Naxçıvana yola düşəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər