17 Dekabr 2022 13:41
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ordunun Komando briqadaları və digər hərbi hissələrində təlimlərin real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, o, tapşırığını hərbi hissələrdə qəfil yoxlama zamanı çatdırıb.

Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.

Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi, həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər