Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzində aparıcı ekspert vəzifəsini tutan Mixail Aleksandrov işindən qovulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun yaydığı məlumatda bildirilib.
Məlumata görə, ötən cümə günü telekanallardan birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzində aparıcı ekspert vəzifəsini tutan Mixail Aleksandrov müttəfiqlik münasibətlərinə xələl gətirən açıqlamalar verib.
"Rusiya ilə Azərbaycan arasında Rusiyanın qonşu dost dövlətə qarşı siyasətinin məqsəd və vəzifələrini kobud şəkildə təhrif edib. Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb olub. Universitetin imicinə və maraqlarına ciddi zərbə vurulub. Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə hədsiz laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb”, - deyə məlumarda qeyd olunub.
Qeyd edək ki, M. Aleksandrov dekabrın 16-da Qərbə neft tədarükünü dayandırmaq və karbohidrogen qiymətlərinin artmasına səbəb olmaq üçün Azərbaycana raket hücumu təşkil etməyi təklif etmişdi.