18 Dekabr 2022 16:53
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi (maşınist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, həmin şikayətçilərdən biri Fərid Altıbbayev Ali Məhkəməsinin sədri Ramiz Rzayevə müraciət edib. O, müraciətin sürətini də redaksiyamıza göndərib.

Şikayətçi qeyd edib ki, 11 aprel 1962-cı ildə anadan olub: “01.09.1977-28.07.1980-ci il müddət ərzində 2 saylı peşə məktəbində təhsil almışam. 22.05.1980-ci ildə Bakı metropolitenində hərəkət sostavlarının təmiri üzrə elektrik-çilingər işinə qəbul olunmuşam. Sovet Ordu sıraların xidmətdən sonra yenə də Bakı Metropolitenində əmək fəaliyyətimi davam etdirmişəm. 10 oktyabr 1982-ci ildə mən ağır iş şəraitində elektrik qatarı maşinisti köməkçisi sonradan isə maşinisti kimi bu günə kimi əmək fəaliyyətimi davam etdirirəm. 11 aprel 2019-cu il tarixdə, 57 yaşım tamam olduğuna görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət etdim. Lakin cavabdeh qurum metropolitendə elektrik qatarların maşınistlərinin Nazirlər Kabineti tərəfindən təsdqilənmiş siyahıda olmadığını bildirərək mənə pensiyaya çıxmağa imtina verməyib”.

Şikayətçi qeyd edib ki, sosial hüququnun bərpası üçün Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib və məhkəmə onun 57 yaşdan pensiyaya çıxmaq hüququnu tanıyıb: “Məhkəmə mənim iddiamı təmin etdi. Qarşı tərəf apellyasiya şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsində işimə baxan hakim Cahangir Yusifov bildirdi ki, mən haqlıyam, qanunvericiliyin tələbinə görə mənə 57 yaşdan pensiya təyin olunmalıdır, lakin bu işlərə görə Ali Məhkəmə onun qərarlarını ləğv etdiyi üçün birinci instansiya məhkəməsinin mənim xeyrimə çıxarılan qərarı ləğv edəcək. Cahangir Yusifov qərarı qanunsuz olaraq ləğv etdi və mənə hüquqularımı Ali Məhkəmədə bərpa etməyi məsləhət gördü.

Mən apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verdim, hazırda mənim işim icraata qəbul olunaraq hakim Nigar Rəsulbəyovaya verilib. İşimə 19 dekabr 2022-ci ildə baxılacaq. Mənim narahatlığım ondadır ki, Nigar Rəsulbəyova biz Bakı metropoliteni maşinistlərə xüsusi qərəz nümayiş etdirərək, Bakı metropoliteni maşınistlərin xeyrinə apellyasiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarlar ləğv edib. Bildirirəm ki, 2020-ci il tarixədək Ali Məhkəmə həmişə Bakı metropoliiteni maşıistlkərin mövqeyini müdafiə edərək qanuni qərarlar çıxarıb, onlar 57 yaşdan pensiyaya çıxıblar. Həmin qərarlar bu günə kimi də qüvvədədir. Belə axırıncı qərarlardan birini qeyd edə bilərəm. Həmin qərarda qeyd olunur ki, adı çəkilən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsi zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işlərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır.

Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstüdəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 6 ay xüsusi iş stajını topladığı təsdiq olunur.

Hakim Rəsulbəyovayaməhkəmə təcrübəsini dəyişərək qeyd olunan qərarlara tamam zidd qərarqəbul edərək ən başlıca Konstitusiyamızın 25-ci maddəsini (bərabərlik hüququ) pozub.

Sağlam düşüncəli, ağlı başında olan, mühakimə etmək bacarığı olan hər birt şəxs anlayır ki, yerin altında metropolitendə yolunda elektrik qatarları dəmir yolu ilə hərəkət edir.Bakı Metropolitenində yerin altında elektrik qatarın maşınisti eşşək, at arabasını və yaxud digər nəqliyyat vasitəsini sürmür.

Həmin elelktrik qatarın maşınisti “Azərbaycan dəmir yolları” QSC-nin eletrik qatarının maşınistləri kimi eyni nəqliyyat növünü, dəmir relslər üzərində hərəkət edən seksiyalı, sərnişin daşıyan vaqonlardan ibarət olan elektrik qatarını sürür, üstəlik onlar daha da ağır və zərərli iş şəraitində (yerin altında) 8 saat iş rejimi ilə işləyir.

Bunu apellyasiya məhkəməsinin hakimləri dərk etmək iqtidarında olmadığından belə bir qərarın qəbul etməsi inandırıcı deyil.

Bununla belə istər Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2№-li istərsə də Nazirlər Kabimnetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat (21) metropolitençilər bəndində drezinaçı kimi qeyd olunan işdən də elektrik qatarın maşınistin işi ağırdır. Drezinaçı (dizel mühərrikli) dartıcı (tyaqaç) gündə metropolitendə 2 saat işləyir, elektrik qatarın maşınisti isə yerin altında smendə 8 saat. Yenə də qeyd edirəm ki, dərk etmək qabiliyyəti olan hər bir şəxs elektrik qatarın maşınistinin işinin daha ağır olmasını görürür. Bakı metropolitenində elektrik qatarların maşınistlərinin fuksiyasının nədən ibarət olması, həmin işin “Dəmir yolları” QSC-də eyni nəqliyyat növünün maşımistlərindən yalnız iş şəraiutinə görə (yerin altında və yüksək elektrik sahəsində) fərqləndirilməsi üçün xüsusi bilik və mütəxəsisə ehtiyac qalmır. Bu işin ədalətli yanaşması hakimin qərəzsizliyindən və müatəqil qərar qəbul etməyindən asılıdır”.

Qeyd edək ki, "Bakı Metropoliteni" QSC-nin bir qrup işçisi (maşınist və köməkçilər) Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.

İddiaçıların fikrincə, orqanizm üçün zərərli sayılan işdə çalışdıqlarına görə, onların daha tez - 57 yaşında pensiya almaq hüququ var. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi isə bu hüquqlarını tanımaq istəmir.

Qeyd edək ki, dəmir yollarında işləyən şəxslər güzəştli şərtlərlə pensiyaya çıxa bilirlər.

Metropolitendə çalışanların isə bu hüququ 2020-ci ildə onların əllərindən alınıb.

"Vətəndaşların pensiya təminatı haqqında" Qanuna və Nazirlər Kabinetinin qərarına görə:

- kişilər 57 yaşına çatdıqda və 25 il iş stajı olduqda, bu müddətin də azı 12 il 6 ayını zərərli və ağır iş şəraitində çalışdıqda;

- qadınlar 50 yaşına çatdıqda və 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə pensiya almaq hüquqları yaranır.

Bakı İnzibati Məhkəməsi metropoliten işçilərinin iddiasını təmin edib. Onların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiqləyib.

Lakin Dövlət Sosial Müdafiə Fondu bu qərarlarla razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya instansiyası isə Fondu haqlı sayıb və birinci instansiya məhkəməsinin qərarlarını ləğv edib. İndi tərəflər arasında çəkişmə Ali Məhkəmə müstəvisindədir.

Metropoliten işçilərinin iddiasını qəbul etməyən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri məhkəmə iclaslarında elektrik qatarlarında çalışan maşınistlərin iş şəraitinin xüsusi zərərli və ağır olduğunu qəbul edib. Lakin onların mövqeyinə görə, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı təsdiqləyib. Bu siyahıda metropoliten işçilərinin adı yoxdur. Yəni metroda çalışanlar siyahıda ayrıca göstərilmədiyinə görə onlara güzəştli şərtlərlə pensiya düşmür.

Amma şikayətçilər bu arqumenti əsassız sayırlar.

"Dövlət Sosial Müdafiə Fondu dövlətin pulunu vətəndaşa verməmək üçün bu cür qəbuledilməz üsullardan istifadə edir. Bu, məntiqdən uzaq mülahizədir", – şikayətçilərdən Fərid Altınbayev belə deyir.

O, 38 ildən artıq "Bakı Metropoliteni"ndə çalışıb. Deyir ki, iş yerindən məhkəməyə təqdim olunan arayışda da vurğulanıb ki, ağır və zərərli əmək şəraitində çalışıb. Məhz bu səbəbdən əsas əmək məzuniyyətinə əlavə 6 gün verilib. Bundan başqa, xüsusi zərərli iş şəraitində işlədiyinə görə əməkhaqqına tarif maaşının 16 faizi qədər, axşam və gecə saatlarına görə isə əlavə ödənişlər edilib.

Bakı İnzibati Məhkəməsində şikayətçilərin xeyrinə qərar çıxaran hakimlər gəldikləri nəticəni əsaslandırarkən vurğulayıblar ki, "metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır". Yəni metropoliten maşinistinin vəziyyəti ilə yerüstü qatarların maşinistinin və köməkçilərinin vəziyyəti oxşardır: "Oxşar vəziyyətdə olan şəxslərə münasibətdə fərqli rəftar - güzəştli şərtlərlə pensiya təyinatından imtina əsaslı deyil".

Çünki Dövlət Sosial Müdafiə Fondunun təmsilçiləri deyirlər ki, Nazirlər Kabinetinin siyahısında "Nəqliyyat" bölməsindəki elektrik qatarlarının maşınistləri və köməkçiləri yerüstü dəmiryol nəqliyyatına aiddir. Bunun metropoliten işçilərinə də aid olması üçün ayrıca "metropolitençilər" yarımbölməsi olmalıydı.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər