“Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmamalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Azay Quliyev deyib.
O bildirib ki, Korsika xalqının haqları var:
“Ən azı elementar hüquqlarını həyata keçirmək üçün onlar mübarizə aparırılar. 2014-cü ilkdən sonra Korsikanın azadlığı uğrunda mübarizə aparanlar bildirdilər ki, artıq sivil qaydada öz mübarizələrini etməyə başlayıblar. Onlar çox sadə tələb irəli sürürlər. Öz dillərinin ikinci dil kimi qəbul olunmasını istəyirlər. Onlar mülkiyyət haqqının tanınmasını istədiyi halda Fransa ora ordu göndərdi. Korsikanı işğal etdi”.