“Fransa üçün Azad Korsika Partiyasının dil və mədəniyyət uğrunda mübarizə apardığına görə pis terrorçu, Araik Arutunyan isə yaxşı terrorçudur”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxış edən deputat Elman Nəsirov deyib.
Deputat əlavə edib ki, Fransa terrorçu Araikə dəstək verir, Korsika xalqı uğrunda mübarizə aparan liderləri isə həbsə atır:
"Terror Ermənistanın dövlət səviyyəsində siyasət formasını almasını Fransa dəstəkləyir. Fransanın belə siyasəti dünya üçün problem yaradır. Hesab edirəm ki, bütün bunları nəzərə alaraq onlar qarşısında tələblər qoyulmalıdır. Birincisi, Fransa hökuməti Korsikada beynəlxalq hüququ pozmasını dayandırmalı, insan hüquqlarına hörmətlə yanaşmalıdır. İkincisi, Avropa Şurası prosesə obyektiv yanaşmalı və Korsikaya faktaraşdırıcı missiya göndərməlidir”.