20 Dekabr 2022 17:30
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilən vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baş tutan iclasda qərar elan olunub.

Məhkəmə Bəxtiyar Hacıyevin vəkili Aqil Layıcın vəsatətini təmin etməyib.

Qeyd edək ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər