Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib.
Teleqraf.com xəbər verir ki, DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev polis orqanlarının inzibati binasına smartfon telefonlar daxil olmaqla, heç bir foto-video çəkiliş cihazlarının keçirilməsinə icazə verilmədiyini bildirib.
"Bu qadağa, polis orqanında çalışan əməkdaşlarla yanaşı, müraciət üçün gələn, dəvət edilən, gətirilən, yaxud digər şəxslərin təhlükəsizliyindən irəli gəlir. Nəzərə alınmalıdır ki, fasiləsiz xidmət göstərən polis cinayət və ya digər hüquqpozmalar törədən şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görür", - E.Hacıyev qeyd edib.