"Bakı Gəmiqayırma Zavodu" MMC-də İdarə Heyəti (İH) yaradılıb.
Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək. İndiyə qədər zavodun direktoru olan İmamverdi Həsənov isə İH-nin üzvü kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu"nun təsis paylarının 70,21%-i Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
***
16:19
"Bakı Gəmiqayırma Zavodu" MMC-nin direktoru İmamverdi Həsənov vəzifəsindən azad edilib.
Teleqraf.com xəbər verir ki, zavoda rəhbərlik Elşad Nuriyevə həvalə olunub.
O, həm də İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədridir.
Xatırladaq ki, "Bakı Gəmiqayırma Zavodu" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib.