22 Dekabr 2022 20:11
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərində qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb. Görüş əvvəlcə təkbətək, sonra geniş tərkibdə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə məlumat verilib.

Görüşdə iki ölkə arasında uğurla davam edən strateji müttəfiqlik münasibətlərindən məmnunluq ifadə edilib, bu münasibətlər çərçivəsində iki nazirlik arasında tikintidə təhlükəsizlik məsələləri üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğu vurğulanıb. Həmçinin, görüşdə iki qurum arasında tikintidə qiymətqoyma və nəzarət, tikintinin keyfiyyət və təhlükəsizliyinin artırılması və digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar birgə hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənədlər tikintidə qiymətqoyma sisteminin təkmilləşdirilməsi, tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması, tikintidə innovativ texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər