23 Dekabr 2022 11:23
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünən Fransa Prezidenti Emmanuel Makronun maraqlı müsahibəsi qarşıma çıxdı. Makron bildirib ki, ayrı təhlükəsizlik sisteminin yaradılması üçün iş gedir, burada Azərbaycan və Ermənistanı da görmək istəyirlər”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, Fransa bir tərəfdən anti-Azərbaycan siyasəti aparır, digər tərəfdən isə məhəbbət və dostluq haqqında danışır:

“Belə məhəbbət olmur. Əgər Fransa xüsusi təhlükəsizlik sistemi yaratmaq istəyirsə, ilk növbədə dostu Ermənistanı beynəlxalq hüquqa əməl etməyə çağırmalıdır".

Deputat bildirib ki, Fransa prezidenti belə təhlükəsizlik sisteminin yaradılmadığı təqdirdə dünyanı Türkiyə və Çinin idarə edəcəyini qeyd edib:

“Bu, prezidentə yaraşmayan hərəkətdir. Fransa niyə sən Türkiyə və Çinin qazandığı nüfuzu qazana bilmirsən? Bu ölkələr dünyanın problemlərinin həllinə töhvələr verirlər, Fransa isə problemləri daha da ağrlaşdırır, dostları özündən uzaqlaşdırır.

Amma son bəyanatı bir daha göstərir k, Fransanın düşdüyü vəziyyəti normal qiymətləndirmək imkanı yoxdur. Əlbəttə, Azərbaycana aidiyyəti olmasaydı, bizim üçün Fransanın addımlarının elə də əhəmiyyəti olmazdı. İstərdik ki, Fransa ədalətsiz hərəkət etməsinin fərqində ola və bu siyasətini dəyişdirsin".


Müəllif: Nemət

Oxşar xəbərlər