23 Dekabr 2022 11:48
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üztərəfli görüş keçirilməli və sülh müqaviləsi müzakirə edilməli idi. Lakin Ermənistanın xarici işlər naziri bundan imtina etdi”.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

Quliyev bildirib ki, Ermənistan Laçın yolundakı vəziyyətlə bağlı istədiyini əldə etmədiyinə görə narahatdır, ona görə də sülh danışıqlarını pozur:

“QHT və könüllülərin təşkil etdiyi etiraz aksiyası artıq öz effektini verməyə başlayıb. Artıq kriminal Ruben Vardanyanın ora niyə getdiyi ifşa olunub. Qarabağ ermənilərindən dəstək ala və revanşistləri Xankəndiyə gətirə bilməyən Vardanyan dekabrın 17-nə təyin etdiyi mitinqi də təxirə saldı. Xankəndidəki ermənilər Ermənistan polisinin təzyiqlərinə, zorakılığına məruz qalıb. Ona görə də, Azərbaycan ombudsmanı Qarabağdakı ermənilərin hüquqlarını müdafiə etməlidir və bunu bütün dünya görməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər