26 Dekabr 2022 11:12
253
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələn il Audiovizual Şura tərəfindən "Media haqqında" qanuna bəzi dəyişikliklər edilə bilər".

Teleqraf.com xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra məsələlər o vaxt üçün nəzərdə tutulmamışdı: "Məsələn, qanunda dövlət dili ilə bağlı hissədə bəzi dəyişikliklər oluna bilər. Canlı yayımda tərcümə məsələsi ilə bağlı müəyyən təkliflər veriləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər