28 Dekabr 2022 12:10
224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının təşkilatçılğı ilə kombinatın ərazisində təbii və texnogen xarakterli fövqəladə hallar zamanı mülki müdafiə işinin təşkili üzrə təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı kombinatın normal fəaliyyətini təşkil etmək üçün bilik və vərdişlərin artırılması, hadisələrə çevik reaksiya verilməsi, aidiyyəti üzrə əməkdaşların təxliyə olunması, ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi, radioaktiv tullantıların və mənbələrin saxlandığı xüsusi anbarlarda radioloji əməliyyatların aparılması, aşkar olunmuş radioaktiv mənbələrin daşınmasında istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələrinin hazır vəziyyətdə olması, ərazidə daxili imkanlar hesabına əlavə mühafizə postlarının qoyulması, yanğın təhlükəsizliyinin təmin edilməsi və radioloji monitorinqlərin keçirilməsindən ibarət olub.

İlk olaraq həyəcan siqnalı verilib, kombinatın əməkdaşları ərazidən təxliyə edilib. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısının alınması üçün FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mühafizəçiləri ilə birlikdə əlavə mühafizə postları qoyulub. Radioaktiv tullantıların və mənbələrin daşınmasında istifadə olunan xüsusi təyinatlı nəqliyyat vasitələri çıxış üçün hazır vəziyyətə gətirilərək radioaktiv tullantılar və mənbələr saxlanılan anbarların yaxınlığında yerləşdirilib. Ərazidə radiasiya təhlükəsizliyinin təmin edilməsi üçün radioloji monitorinq aparılıb, aidiyyəti mütəxəssislər tərəfindən xüsusi cihazlardan, geyim formalarından istifadə etməklə dozimetriya əməliyyatları həyata keçirilib, “baş vermiş yanğın” qısa müddətdə söndürülüb, “zərərçəkmişlərə” ilkin tibbi yardım göstərilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər