28 Dekabr 2022 19:58
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil və hər yerindən duran gəda ona xoruzlana bilməz.

Teleqraf.com xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında bir qrup fransız siyasətçinin Azərbaycana hücum edilməsi çağırışı ilə Fransa prezidenti Makrona müraciət ünvanlamalarına münasibət bildirərkən deyib.

BAXCP sədri bildirib ki, “Petux”ların xoruzlanması kənardan çox pis görünür:

"Onlar korrupsiyaya bulaşmış, ləyaqət hissini itirmiş məxluqlardır. Ermənistanın işğalı nəticəsində ev-eşiyindən didərgin salınmış bir milyon azərbaycanlı hələ də öz doğma yurdlarına qayıda bilməyib. Onların böyük bir qismi bu gün də, 30 il keçəndən sonra da normal həyatlarını qura bilməyiblər. Ermənistan bu gün də etnik seperatizmi dəstəkləyir, Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tanımaq istəmir. Bu “petux”lar qanmır ki, Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil və hər yerindən duran gəda ona xoruzlana bilməz. Belə cəsarətlidirlərsə, qoy əllərinə silah alıb fransız əsgərləri ilə birlikdə üstümüzə gəlsinlər. O zaman baxarıq şalvarlarını bellərində, papaqlarını başlarında saxlaya biləcəklər ya yox. Azərbaycanı qorxutmaq istəyənlər anlamalıdırlar ki, onların nə deməsindən asılı olmayaraq biz, Qarabağda dövlət suverenliyimizi bərpa edəcəyik. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq bütün hüquq və azadlıqlara malik olub Azərbaycanda rahat yaşayacaqlar, digərləri isə gedəcək. Fransız siyasətçilər bu tipli açıqlamalarla sülhü çətinləşdirir, yeni qanlı toqquşmaları qaçılmaz edirlər. Bədbəxt və xəstə erməni liderlər isə kənar qüvvələrin onları necə istifadə etdiyini anlamır, yaxud anlamaq istəmir. Azərbaycan öz yüksəliş dövrünü yaşayır və heç kim buna mane ola bilməyəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər