29 Dekabr 2022 10:01
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) “Avrohom”da yanğın təhlükəli obyektin fəaliyyəti qismən dayandırılıb.

Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə, DYNX tərəfindən paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 1 ünvanında yerləşən “Avrohom” tikinti materiallarının satış mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, mərkəzin ərazisindəki kafe və ticarət sahələrində elektrik təsərrüfatı yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun istismar olunmur, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, ticarət sıraları ilkin yanğınsöndürən alət və vasitələri ilə tam təmin olunmayıb, obyektin yanğın avtomatika qurğularının layihə sənədləri DYNX-nin əməkdaşlarına təqdim edilməyib, ticarət mərkəzinin ərazisində quraşdırılmış yanğına qarşı hidrantlar yanğın şlanqları və lülələrlə təmin edilməyib, tikinti materiallarının satış mərkəzində müayinə kecirilən zaman yanğın su hovuzunun doldurucu su xətti ilə təmin olunmadığı, yeri müvafiq işarələrlə göstərilmədiyi və üzərində şəxsi avtomobilərin park edildiyi müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər