29 Dekabr 2022 12:36
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə XRİTDX-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.

Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər