16 Dekabr 2014 12:57
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var".

Teleqraf.com-un xəbərinə görə, bunu millət vəkili, BXCP sədri Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bəzi səfirlərimiz fəaliyyət göstərdikləri ölkəyə səfər edən azərbaycanlı parlament nümayəndələrinə etinasız yanaşırlar: “Azərbaycan parlamentinin nümayəndələri İtaliyada möhtəşəm beynəlxalq tədbirdə iştirak etdilər. Lakin bu ölkədə fəaliyyət göstərən səfirimiz nəinki deputatları, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını belə müşayiət etmədi. Belə ki, o, nümayəndə heyəti ilə salamlaşmadı, səfirliyə çay içməyə dəvət etmədi, Azərbaycan nümayəndələrinə qarşı belə laqeydlik qəbuledilməzdir”.

Spiker Oqtay Əsədov millət vəkilinə cavab olaraq deyib ki, Azərbaycanın İtaliyadkı səfiri təcrübəli diplomatdır: “Onun İtaliya nümayəndələrinin Azərbaycana yönəldilməsi və bu ölkə ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsində böyük xidmətləri var. Buna baxmayaraq, biz araşdıracağıq ki, nə məsələdir”.

Millət vəkili, MM-in Beynəlxlaq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın İtaliyadakı səfiri Vatikanda səfirlik funksiyasını yerinə yetirə bilməz: “Bu, qarşılıqlı razılaşma ilə təsdiq olunub. Azərbaycanın Vatikandakı səfiri Elçin Əmirbəyovdur. İtaliyadakı səfirimiz Vaqif Sadıqov sözügedən tədbirə qatılsa da, səfir kimi çıxış edə bilməzdi”.

Nemət


Müəllif:

Oxşar xəbərlər