Donoru xalq olan "Vətən" adlı layihənin Laçın-Xankəndi yolunda yüksək səviyyədə icra olunması hadisəsi şanlı tarixin görünən səhifələrinə həkk olunacaq. Azərbaycan xalqının möhtəşəm xarakterə malik olduğu bir daha təsdiqini tapdı. Niyyəti mübarək, istəyi mübarək, hərəkəti mübarək olan xalq necə ki, işğaldakı ərazilərini böyük qəhrəmanlıqla azad etdi, eləcə də sərvətlərinin quldurlar tərəfindən talanmasına qarşı çıxır.
Qəhrəmanlıq aksiyasına qarşı çıxanlardan soruşuram: neyləyək, Xankəndini, missiyalarını düzgün idarə edə bilməyən rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağa aid digər ərazilərini ermənilərə güzəştə gedək? Susaq? Bakıda oturub terrorçu ermənilərin, azərbaycanlıları güllə-baran etmələrinə, sərvətlərimizi talamalarına biganə qalaq? Cavabı özündə olan suallardır. Belə suallar ümumiyyətlə verilməməli və bu mövzuda müzakirə açılmamalıdır. Xalq hazırda Xankəndinə gedən yolda dayanıb. Ən doğrusunu edib və edir. Ya Dəmir Yumruq işə düşməli, quldur, silahlı, terrorçu ermənilərin başı əzilməli, sərvətlərimiz, Azərbaycanın tərkibində yaşamaq istəyən bədbəxt ermənilər xilas edilməli, ya da sülh istəyi dirənişini gücləndirməliyik.
Hər iki yol haqqa apardığı üçün müqəddəs yoldur. Birinci yolu bir dəfə keçmişik, bacarmışıq, qalib gəlmək gücündə olduğumuzu dünyaya sübut etmişik. İkinci yolun da yolçuları, ikinci amalın da çarçıları bizik. Bu amal milli xarakterimizə çox yaraşır - tolerantlıq, sülhpərvərlik azərbaycanlının genetik həyat tərzidir. Hələ ki, mərhəmətliyik, hələki 18 gündür sülh əlimizi uzatmışıq. Nəyin nə zaman və necə olduğunu Dövlət baba yaxşı bilir. O sülh əli yumruğa çevriləndə həşarat kimi yaşayan quldurlar Azərbaycan ərazilərindən əbədi pərən-pərən düşəcəklər.
O həşaratların Qərbi Azərbaycana görə də cavab verəcəkləri gün uzaqda deyil. Zaman göstərdi ki, Azərbaycan əzəli və əbədi olan bütün ərazilərinə sahib olanda, həmin yurdlarda yaşayan müxtəlif xalqlar, o cümlədən ermənilər adam balası kimi gün görüblər.
Kanadanın, ABŞ-ın, Fransanın adı çıxıb, millətlər toplumu olan multikultural səviyyəli işıqlı diyar elə Azərbaycandır. Dövlət güclüdürsə, öz çətiri altında yaşatdığı xalqları növlərə bölə bilməz, bir bayraq altında birləşdirərək, üstün dəyərlərə malik ölkə yaradar. Yaradıb da, yaratmışıq da.
Hər nə baş verirsə dövlətin xeyrinədir. Yetər ki, inanaq, güvənək, dəstək olaq!
Jurnalist Ekspert Mərkəzinin sədri
Ceyhun Musaoğlu