16 Dekabr 2014 14:34
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Risklərin idarə olunması” mövzusunda seminar keçirilir.

Teleqraf.com-un məlumatına görə, İsveçrə Federal Gömrük İdarəsinin ekspertlərinin apardığı seminar Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün nəzərdə tutulub və məqsəd risklərin idarə olunması sahəsində İsveçrə təcrübəsini öyrənməkdir.

Dekabrın 15-də seminarın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi Audit və Risk Analizləri İdarəsinin rəisi Faiq Seyidov bildirib ki, müasir dövrdə iqtisadiyyat, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə gedən inkişaf prosesləri dövlət institutlarını bir çox çağırışlara cavab verməyə tələb edir. Öz növbəsində, gömrük orqanlarında effektiv menecment və biznes proseslərin idarə edilməsi üzrə alətlərin əldə edilməsinə ehtiyac yaranıb ki, bunlardan biri də müasir gömrük işində geniş istifadə olunan risklərin idarə edilməsidir.

İsveçrə Federal Gömrük İdarəsinin mütəxəssisi Thomas Fischer qeyd edib ki, seminarda risklərin idarə olunması məfhumunun dərindən öyrənilməsinə və bu sahədə biliklərin genişləndirilməsinə diqqət yetiriləcək. Seminarda yalnız İsveçrə tərəfinin təqdim etdiyi məruzələri dinləmək yox, eləcədə Azərbaycan gömrük əməkdaşları ilə təcrübə və fikir mübadiləsi aparmaq nəzərdə tutulub.

Daha sonra seminar iştirakçıları adından risklərin idarə olunması sahəsində isveçrəli mütəxəssislərin təcrübəsini öyrənmək, eyni zamanda, qarşılıqlı fikir mübadiləsi etmək imkanı yaradıldığı üçün minnətdarlıq ifadə olunub.

Seminar dekabrın 19-da başa çatacaq.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər