“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından ibarət QHT Koalisiyası tərəfindən icra olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə İctimai vəkillik kampaniyası“ layihəsi çərçivəsində Şamaxı şəhərində qadınlar üçün “Gender həyatımızda” mövzusunda seminar keçirilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən və Counterpart İnternational təşkilatı tərəfindən icra olunan Qadın İştirakçılığı Proqramı çərçivəsində baş tutub.
Seminarda qadınlarla “Gender haqqında” qanundan irəli gələn bərabərlik prinsipləri, gender işdə, gender ailədə mövzularında müzakirələr aparılıb. Həmçinin erkən nikah, məişət zorakılığı və onun fəsadları barədə iştirakçılara məlumat verilib.
Təlim üzrə ekspertlər seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırmaqla yanaşı, praktik hüquqi yardımlar göstəriblər.
BƏXTİYAR