16 Dekabr 2014 17:00
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Teleqraf.com xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib.

Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in bir sıra əməkdaşları barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər