Bakı şəhəri Yasamal rayonu Ələsgər Ələkbərov küçəsindən keçən 500 mm diametrli magistral su xəttinə birləşmələrin verilməsi ilə əlaqədar 17 dekabr 2014-cü il tarixdə gün ərzində ərazidə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, suya məhdudiyyət qoyulan yerlər Ə.Ələkbərov, M.Müşfiq, Ş.Mehdiyev, İ.Qutqaşenli küçələrinin bir hissəsi, 507, 511, 522, 528, 534, 535, 547, 559, 560, 565-ci məhəllələridir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
NİGAR