Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 26 dekabr 2014-cü il tarixində saat 10:00-da Ağdaş şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Xiyabanı 5) Ağdaş, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Teleqraf.com xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (ünvan: Ağdaş şəhəri, Heydər Əliyev prospekti 1, əlaqə telefonları: 050-674-53-42, 050- 612-54-00, 020-23-5-51-10) xahiş olunur.
İLHAMƏ