17 Dekabr 2014 21:38
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. Teleqraf.com-un məlumatına görə, fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi dekabr ayının 17-i tarixinə tam yekunlaşıb.

Ümumilikdə cari ilin 11 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2014-cü ilin11 ay ərzində Fondun gəlirləri 2646,5 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,3 faiz və ya 202,5 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,9 faiz artaraq 1537,0 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 999,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz və ya 118,1milyon manat çoxdur.

Cari ilin 11 ayı ərzində Fondun xərcləri 2619,4 milyon manat olub və bunun 2568,3 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 275,3 milyon manat və ya 12 faiz çoxdur. Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 29 0092 nəfər təşkil edir. Onların 60,8 faizini yaşa görə, 28,3 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlardır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər