18 Dekabr 2014 19:43
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası (AVCİYA) seçki qərargahının dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin müşahidəsinə dair aralıq hesabatının təqdimatı keçirilib.

Qərargahın sədri Məhərrəm Zülfüqarlı bildirib ki, assosiasiya 2004-cü ildən keçirilən bütün seçkilərə müşahidəçi qismində iştirak edib və monitorinq aparıb: “Bu il isə biz Xaçmaz, Şirvan, Gəncə və Şamaxıda regional seminarlar keçirmişik və treninqlər hazırlamışıq. Bundan başqa müşahidəçilər üçün yaddaş kitabçası hazırlamışıq ki, müşahidə yüksək səviyyədə keçirilsin”.

M.Zülfüqarlı bələdiyyə seçkiləri, namizədlərin sayı və digər məsələlərlə bağlı məlumat verərək qeyd edib ki, təşkilat oktyabr, noyabr və dekabr aylarında seçkiqabağı vəziyyətlə bağlı monitorinq aparıb. Onun sözlərinə görə, seçkiqabağı mühit əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə daha sakit məcrada davam edir və bunun da müəyyən səbəbləri var: “Bələdiyyələrin maliyyə imkanlarının zəif olması, bəzi kənd bələdiyyələrinin inzibati binasının olmaması da onların fəaliyyətinə mənfi təsir göstərir. Son illər bələdiyyələrə cinayət işlərin açılması da bələdiyyələrə olan marağı əvvəlki illərə nisbətən azaldıb. Əgər əvvəlki bələdiyyə seçkilərində bir yerə iki namizəd vardısa, bu seçkilərdə bu rəqəm 2,5 təşkil edir ki, bu da gözləniləndən aşağıdır”.

M.Zülfüqarlı bildirib ki, assosiasiya tərəfindən seçkilərlə əlaqədar MSK-nın da fəaliyyəti ilə bağlı müşahidə aparılıb və qurumun daha təkmil fəaliyyət göstərdiyi məlum olub.


Müəllif:

Oxşar xəbərlər