19 Dekabr 2014 11:46
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müasir dövrün tələbləri səviyyəsində intellektual insan resurslarının formalaşdırılmasına nail olmaq üçün elm və təhsilin vahid sosial institut kimi inkişafı son dərəcə aktualdır. Onların inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində səyləri birləşdirməyə çağırırıq”.

Teleqraf.com-un məlumatına görə, bu sözlər Azərbaycan alimlərinin bu gün keçirilən I Qurultayında qəbul edilmiş bəyannamədə yer alıb.

Bəyannamədə həmçinin elmin maddi-texniki bazasının gücləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və elmin maliyyələşməsi ilə bağlı müvafiq tədbirlərin bundan sonra da davam etdirilməsinin zəruriliyi qeyd edilir.

Alimlərin bəyannaməsində elmi fəaliyyət sahəsində normativ-hüquqi bazanın gücləndirilməsi, “Elm haqqında” qanunun qəbulu, həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanmasının zərurəti diqqətə çatdırılıb.

Fundamental elmi araşdırmalarda multidissiplinar yanaşmanın prioritet fəaliyyət istiqaməti olaraq qəbul edilməsi, elmi metodologiya məsələləri ilə bağlı araşdırmaların gücləndirilməsi, elmşünaslığın prioritet elm sahəsi kimi inkişafına hər cür dəstək verilməsi də məqsədəmüvafiq hesab edilib.

Elmin populyarlaşdırılması və elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması istiqamətində tədbirlərin daha da gücləndirilməsi də tövsiyə edilib.

Sevil


Müəllif:

Oxşar xəbərlər