20 Dekabr 2014 09:47
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 22-dən 28-dək Ankara şəhərində (Türkiyə) Türkiyə Silahlı Qüvvələrinin İdman Məktəbi və Təlim Mərkəzi Komandanlığının fəaliyyətləri ilə tanışlıq ziyarəti keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Müəllif: