Bu gün Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) İdarə Heyəti növbəti iclasını keçirib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, iclasda BMAM sədri, politoloq Rufiz Qonaqov çıxış edərək, 2014-cü il ərzində mərkəzin həyata keçirdiyi lahiyələr və gördüyü işlər haqqında danışaraq 2015-ci ildə mərkəz qarşısında duran vəzifələri açıqlayıb.
İdarə heyəti üzvləri gündəlikdə duran məsələlər ətrafında çıxış edərək 2014-cü ildə mərkəzin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətə görə BMAM sədri R.Qonaqova idarə heyəti adından öz təşəkkürlərini bildiriblər. Çıxışçılar BMAM-ın ölkənin ictimai həyatında xüsusi çəkisinin olduğunu bildirərək, növbəti 2015-ci ildə də qarşıda duran vəzifələrin öhtəsindən layiqincə gələ biləcəklərini qeyd ediblər.
Gündəlikdə duran vacib məsələlərdən biri olaraq BMAM-da idarə heyətinin qərarı ilə katiblik yaradılıb, Novruz Dadaşov yeni yaradılmış katibliyin rəisi təyin edilib.
İclasda qərara alınıb ki, mərkəzin növbəti illik ümumi hesabat seçki yığıncağı 2015-ci ilin yanvar ayı ərzində keçirilsin. Ümumi yığıncağa hazırlıqla bağlı yeni yaradılmış katiblik yanında təşkilat qrupu yaradılıb. Qərara alınıb ki, 1 ay müddətində BMAM-ın növbəti ümumi yığıncaq nümayəndələri seçilsin.
BƏXTİYAR