30 Dekabr 2022 12:41
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında qərar layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin müraciətini ali kürsüdən deputat Anar Məmmədov oxuyub.

Müraciətdə bildirilir ki, dünya azərbaycanlılarının bir-biri ilə tarixi əlaqələrinin gücləndirilməsi, milli kimliyinin, Azərbaycan dilinin, mədəniyyət və ənənələrinin qorunması Prezidnet İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsasını təşkil edir: “Azərbaycanlılar milli maraqların həyata keçirilməsi naminə birləşməyin zəruriliyini bu gün daha dərindən dərk edirlər”.

Müraciətdə Azərbaycan dövlətinin Qarabağı işğaldan azad etməsi, Qərbi Azərbaycandakı tarixi torpaqlarımız, xaricdə yaşayan həmvətənlərimizin fəallaşması və digər məqamlara toxunulub.

Deputatlar müraciəti alqışla qarşılayıb.

Deputat Qənirə Paşayeva dünyanın hər yerində yaşayan soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib: “Biz müraciətdə önəmli mesajları dinlədik. Biz böyük millətik, sayımız 50 milyondan çoxdur. Xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciət edirəm, tarixi zəfərimizdən sonra gördüyümüz odur ki, bu zəfəri həzm etməyənlər içərisində qonşu ölkələr də var. Biz İranın da, Fransanın da, Rusiyanın da addımlarını görürük. Biz bir olmalı, güclü olmalıyıq. Bizim hamımızın gücü Azərbaycanın güclü olmasından keçir. Mən soydaşlarımıza səslənirəm, Ali Baş Komandanın ətrafında sıx birləşməliyik”.


Müəllif: Nemət

Oxşar xəbərlər