30 Dekabr 2022 18:09
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər dəfə Azərbaycanın Milli Qəhrəmanı, şəhidimiz Mübariz İbrahimovun adına məktəbin şagirdləri ilə görüşəndə xalqımızın necə istedadlı olduğuna bir daha əmin oluram. Ailə mədəniyyətinə, sənətə, təhsilə yüksək həvəsə şahidlik edirəm. Bu, olduqca gözəl hisslərdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov öz feysbuk hesabında etdiyi paylaşımda bildirib.

İş adamı daha sonra sözlərinə belə davam edib: “Bir xalqın formalaşması, sağlam və xoşbəxt gələcəyini qurması üçün təhsil, elm çox önəmlidir. Bu uşaqlarla görüşəndə necə gözəl balaların yetişdiyini gördüm. Hər birinin gözündə Vətənə sevgi və məhəbbət parıldayırdı. Hər zaman belə olun, əziz balalar. Vətəni sevin, ürəyiniz vətənlə döyünsün, xalqımıza və dövlətimizə faydalı vətəndaş olun. Açığı, sizin belə gözəl qarşılamağınız, mehribanlığınız mənim üçün gözlənilməz oldu. Zövqlə, qəlbinizin istisi ilə qurduğunuz səhnəciklər, nümayiş etdirdiyiniz rəqslər, səsləndirdiyiniz şeirlər sizin yüksək vətənpərliyinizin bariz nümunəsi idi. Hər zaman sizin arxanızdayam, dəstək verirəm və Allahın izni ilə bundan sonra da dəstək verəcəyəm.

Sizin hər biriniz bir Azərbaycansınız. Vətəni gözəl şəkildə təmsil etməniz üçün oxumalısınız, savadlanmalısınız. Əziz balalar, bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni - 2023-cü ilinizi təbrik edirəm. Sağlam olun, savadlı olun, bunlar olduqdan sonra həyata baxışınız da düzgün olacaq. Mən əminəm ki, sizin aranızdan müxtəlif sahələrdə çalışan mütəxəssislər, sənət və elm adamları yetişəcək. Buna görə də, hər zaman o fədakar müəllimlərə təşəkkür edin. Sizə gözəl bir günə görə minnətdaram. Bu qədər səmimi bir mühitdə olmaq hər kəsə də nəsib olmur amma...”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər