30 Dekabr 2022 18:38
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin bu il üçün sonuncu "Səyyar qəbul otağı" Qazax rayonunda qurulub.

Bu barədə Teleqraf.com-a İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, aksiyaya Cəfərli kəndindən üz tutan Yasin Mustafayev əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacında yaranmış borca görə tutulma hissəsinin 30 faizə endirilməsi ilə bağlı müraciət edib. Ağköynək kənd sakini Amil Əhmədov sayğacın yerinin dəyişdirilməsi, Aytəkin Namazova və Pərvin Alməmmədov isə fərdi yaşayış evində quraşdırılmış əvvəlcədən ödənişli sayğacın kartının aktiv edilməsi ilə bağlı müraciət ediblər.

Ünvanlanan müraciətlər SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb, vətəndaşlara lazımi izahatlar verilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər