4 Yanvar 2023 12:52
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən bildiriilib.

"Onun əlamətləri belədir: 172 sm boyu, gözlərini rəngi qəhvəyi, qısa qara saçlı orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax rayon polis şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur" - deyə məlumatda qeyd olunub.


Müəllif: Teleqraf.com