23 Dekabr 2014 10:49
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

93 saylı Bərdə şəhər Seçki Dairəsinin 50 məntəqəsində səsvermə başlayıb.

Qeyd edək ki, bərdədə 26 bələdiyyəyə seçki keçiriləcək.

Teleqraf.com-un Qarabağ bölgəsi üzrə müxbiri xəbər verir ki, 50 məntəqədə ümumilikdə 42 463 seçici qeydiyyatdadır.


Saat 10.00-a olan məlumata görə, ümumilikdə 500 müşahidəçinin iştirak etdiyi məntəqələr üzrə 7200 seçici səsvermədə iştirak edib.

94 saylı Bərdə kənd Seçki Dairəsində isə 44500 seçici qeydiyyatdadır. Bu dairədə 40 bələdiyyə üzrə namizədlərə səs veriləcək. Müxbirimizin verdiyi məlumata görə, saat 10.00-a qədər 6924 seçici səsvermədə iştirak edib.

Daşqın Abdullayev


Müəllif: