23 Dekabr 2014 17:06
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yanında olmaq, onlara yardım göstərmək artıq ənənəyə çevrilib. Bu ənənənin davamı olaraq dekabrın 22-də İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Ağdaşdakı qaçqın və məcburi köçkünlərə bayram sovqatı aparılıb.

Teleqraf.com-un məlumatına görə, nazirliyin nümayəndələri Ağdaş rayonunda olmuş, burada məskunlaşan 840 qaçqın və məcburi köçkün ailəsinə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram hədiyyəsi (ərzaq məhsulları) təqdim ediblər.

Qaçqın və məcburi köçkünlər onlara göstərilən böyük diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər