15 Yanvar 2023 08:20
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusun hər bir sonrakı mutasiyası daha yoluxucu olacaq, lakin müalicədə əlavə çətinliklər yaratmayacaq".

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bunu infeksionist Yevgeni Timakov deyib.

“Koronavirusun hər yeni mutasiyası əvvəlkindən daha yoluxucu ola bilər. Ancaq ən əsası, virus daha patogen hala gəlmir. Bu, virusun təkamülüdür".

Rusiyada Kraken ştammı ilə ilk yoluxma halı bu yaxınlarda baş verib. Bu, alimlərin fikrincə, virusun bütün ştammları arasında ən yoluxucu olan yeni mutasiyadır.


Müəllif: Pərvin Cəfərova