22 Yanvar 2023 14:25
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, ən çox rast gəlinən sağlamlıq problemlərindən biri olan varikoz damarların genişlənməsinin qarşısını almaq mümkün deyil. Amma varikoz damarlarının əmələ gəlməsini gecikdirmək üçün gündəlik həyatımızda tətbiq edəcəyimiz sadə üsullar var.

Teleqraf.com xəbər verir ki, damar cərrahlarının varikoz damarların əmələ gəlməsini gecikdirmək üçün qazana biləcəyimiz tövsiyə etdiyi 4 sadə vərdişi təqdim edir.

Hərəkət edin

Araşdırmalar varikoz damarlarının hərəkətsiz qalan insanlarda daha tez-tez meydana gəldiyini göstərir. Ona görə də gün ərzində hərəkət etməyə diqqət göstərməliyik. Əgər işdə və ya evdə çox oturmaq məcburiyyətindəsinizsə, hər 30 dəqiqədən bir ayağa qalxın, barmaq uclarınızda yüksəlin və enin, topuqlarınızı hərəkət etdirin. Oturarkən ayaqlarınızı bir az irəli uzadın və ayaqlarınızı yuxarı-aşağı hərəkət etdirin. Bunları gün ərzində nizamlı və tez-tez etdiyiniz zaman ayaqlarınızdakı təzyiqi azaldacaq və qan dövranı artıracaq.

Boş və rahat paltarlar geyinin

Bədəninizi sıxan dar paltarlar, dar şalvar, dikdaban ayaqqabı kimi faktorlar varikoz damarların əmələ gəlməsini sürətləndirir. Bu, ayaqlarınızda arzuolunmaz kapilyarların əmələ gəlməsinə səbəb olur. Ona görə də sizi darıxdırmayan rahat paltar seçməkdə fayda var.

Sağlam qidalanın

Araşdırmalar varikoz damarlarının artıq çəkililərdə 53.6 faiz daha sıx ortaya çıxdığını göstərir. Ona görə də çəkinizə mütləq diqqət edin. Bundan əlavə, duz istehlakını azaltmaq, ayaqlarınızdakı şişkinliyi azaldacaq. Trans yağlar, şəkər, kofein, spirt, işlənmiş qidalardan uzaq durmağa çalışın. Bu sayədə varikoz damarlarının əmələ gəlməsini gecikdirməklə yanaşı, bədən sağlamlığınız üçün də böyük fayda təmin etmiş olarsınız.

Siqaret çəkməyin

Siqaret və onun tərkibindəki nikotin ağciyər xərçənginə səbəb olmaqla yanaşı, bədəndəki damarlara birbaşa təsir edir, ciddi stenoz, tıxanıqlıq və əzaların itirilməsinə səbəb ola bilər. Siqaret birbaşa damar xəstəliyi olan varikozların əmələ gəlməsinə səbəb olmur. Amma yaratdığı qan qatılaşdırıcı təsiri ilə klapanları zədələnmiş və əyri bir quruluşa sahib olan ayaq damarlarında laxtalanmalara səbəb ola bilər. Əgər bu laxtalar yerindən qoparaq ağciyərlərə gedirsə, ölümlə nəticələnən ağciyər emboliyası problemi ilə qarşılaşa bilərik.


Müəllif: Yeganə Oqtayqızı