10 May 2014 22:56
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun əsgəri ölüb.

Sıravi Nerses Karapetyan başından güllə yarası alaraq keçinib. Bu gün səhər saatlarında erməni hərbi qulluqçunun meyidi hərbi hissələrdən birində tapılıb.

Müqavilə əsasında Ermənistanın şimal şərq hissəsindəki hərbi hissələrdən birində xidmət edən Nerses Kazaraviç Karapetyan başından güllə yarası alıb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbçi hospitala aparılarkən yolda ölüb. Hadisənin necə baş verməsi barədə məlumat verilməyib.

Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır./anspress/


Müəllif: