25 Yanvar 2023 16:04
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə Azərbaycana 1 057,8 milyon ABŞ dolları dəyərində 74 577 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Bildirilib ki, bu, 2021-ci illə müqayisədə müvafiq olaraq 13,1 % çox və 18,2 % azdır.

Ötən il sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 56 % dəfə artaraq 415 ədəd (53 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 19,4 % azalaraq 68 684 ədəd (844,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 11 337-ü (155,4 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 486-u (17,7 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 12,4 % azalması, ikincinin isə 3 dəfə artması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 7,1 % azalaraq 5 127 ədəd (109,6 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 89,7 % artaraq 351 ədəd (50,5 milyon ABŞ dolları dəyərində) olub.


Müəllif: Teleqraf.com