"Bu gün xalqımızın həyatında ciddi tarixi gün yaşanır. Bu günü görən hər bir Azərbaycan vətəndaşı özünü xoşbəxt saymalıdır. Çünki bu günə qədər biz bu barədə addım atmaq istəsək də, təəssüf ki, müxtəlif səbəblərdən bunu edə bilməmişik. Bu addımın atılmasında icmamıza sözün həqiqi mənasında atalıq qayğısı göstərən cənab prezident İlham Əliyevə minnətdarıq".
Teleqraf.com xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov mətbuat konfransında bildirib.
"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması üçün çox ciddi iş gedib. Sənəd çərçivə sənədidir, konsepsiyadır. Əvvəlcə layihə geniş müzakirə olundu, təkliflər irəli sürüldü. Daha sonra hamı bu sənədin təsdiq olunmasını və işlərin başlanılmasımə təklif etdi", - Mərdanov qeyd edib.
O bildirib ki, konsepsiyanın həyata keçirilməsi üçün işlər gedir:
"Ayrı-ayrı müddəaları həyata keçirmək xüsusi tədbirlər planı hazırlanır. Bu istiqamətdə bütövlükdə Azərbaycan xalqı olaraq fəaliyyətimizi genişləndirməliyik. Bu gün bu, bizim üçün çox vacibdir. 44 günlük Vətən müharibəsində qalib gəldikdən sonra ermənilər sülh müqaviləsi bağlamaqdan hələlik imtina etməyəcə cəhd edirlər, ancaq bu, əbəsdir. Onları dəstəkləyən müəyyən qüvvələr var. Necə ki, 44 günlük müharibədə Azərbaycan xalqı Prezident İlham Əliyevin arxasında yumruq kimi dayandı, düşünürəm ki, bu konsepsiyanın həyata keçirilməsində də bütün Azərbaycan xalqı bir yumruq kimi birləşməlidir".