27 Yanvar 2023 16:40
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum terror aktıdır. Nəzərə alaq ki, səfirliklərin yerləşdiyi ərazilər həmin ölkənin ərazisi hesab edilir. Səfirliyin təhlükəsizliyinin təminatı həmin ölkənin məsuliyyətindədir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov deyib.

"1961-ci ildə Vyana konqresində qəbul olunan Diplomatik Əlaqələr Haqqında Konvensiyasına görə hər bir dövlətin üzərinə ərazisində olan səfirlik binalarına edilə biləcək hücumlardan qorumaq, konsulluq qurumunun sakitliyinin istənilən şəkildə pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək öhdəliyi düşür. Bu baxımdan, beynəlxalq konvensiyaya uyğun olaraq Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə tam məsuliyyəti İran tərəfi daşıyır. İran hökuməti Azərbaycan səfirliyinə hücuma məişət donu geyindirməyə çalışsa da, baş verən hadisə hər şeyi ortaya qoyur", - komitə sədri qeyd edib.


Müəllif: Teleqraf.com