27 Yanvar 2023 19:43
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deportasiya Qurbanları Cəmiyyəti Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu pisləyir, bunun terror aktı olduğunu, İrandövlət və hakimiyyət strukturlarının bu ptrosesdə hansısa formada iştirak etdiyini bildirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Deportasiya Qurbanları Cəmiyyətinin bəyanatında bildirilib.

Cəmiyyət qeyd edir ki, bu terror hücumuna qədər İran hakimiyyətinin müxtəlif rəsmiləri, deputatları və hərbçiləri anti-Azərbaycan bəyanatları ilə çıxış edərək, öz aləmlərində ölkəmizi təhdid etmək istəyiblər.

Deportasiya Qurbanları Cəmiyyəti baş verən terror hücumunun öncədən hazırlandığını, ssenarinin bütün detallarının nəzərə alındığını xüsusilə qeyd edib.

Cəmiyyət xatırladır ki, 44 günlük vətən müharibəsindən sonra İran bölgədə faktiki olaraq Ermənistanın tərəfdarı kimi çıxış edir ki, bu da fars şovinizmi və erməni xislətinin hormoniyasını ortaya qoyur.

Təşkilat hücum nəticəsində şəhid olan səfirliyin əməkdaşına allah rəhmət diləyir, xain hücum zamanı yaranan şəxslərə can sağlığı arzulayır.

Cəmiyyət bəyan edir ki, belə xain və namərd hücumlar Azərbaycan xalqının və dövlətinin iradəsini qıra bilməz.


Müəllif: Nemət