28 Yanvar 2023 16:35
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 33 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 880 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 237 aktiv xəstə var. Bu günə qədər 10 081 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 917, bu günə qədər isə ümumilikdə 7 483 242 test icra olunub.


Müəllif: Teleqraf.com