28 Yanvar 2023 17:40
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Tibb Kollecində və Goranboy rayon Borsunlu kənd 1 nömrəli tam orta məktəbində, Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayon general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon Zarağan kənd 2 nömrəli tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayon Çiləgir kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Neftçala rayon Həsənabad qəsəbə tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan şəhər 2 nömrəli və Ağcabədi rayon İmamqulubəyli kənd tam orta məktəblərində və Gəncə Regional Mərkəzi tərəfindən Samux rayon Lək kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com