31 Yanvar 2023 11:15
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il ərzində respublika ərazisində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2 095 olub.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 51 nəfər həlak olub, 219 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 34%, xəsarət alanlar üzrə 74 nəfər və ya 70% çoxdur.

***

2022-ci il ərzində respublika ərazisində 75 partlayış hadisəsi qeydə alınıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu da 2021-ci il ilə müqayisədə 2 hadisə və ya 3% azdır. Partlayışlar zamanı 15 nəfər həlak olmuş, 77 nəfər xəsarət almış və 6 nəfər xilas edilmişdir.


Müəllif: Teleqraf.com