1 Fevral 2023 09:23
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran Azərbaycan dövlətinə və xalqına qarşı terror aktı həyata keçirir. Səfirliyimizə edilən hücum bunun əyani göstəricisidir. Bu terror aktının törədilməsinə görə İran rəsmiləri, İran dövləti məsuliyyət daşıyır. Bəli, bu terrordur. Hadisənin məişət zəminində baş verdiyini iddia etsələr də, bunun heç bir əsası yoxdur. Səfirliyin ərazisi Azərbaycan dövlətinin ərazisi sayılır və bu ərazidə qətliam törədilib. Hətta bizim qəhrəman balamız Vasif olmasaydı və terrorçunu zərərləşdirib ərazidən çıxarmasaydı, daha dəhşətli faciələr yaşanacaqdı”.

Bunu Teleqraf.com-a hüquq professoru Məhəmməd İmanlı deyib.

O hesab edir ki, terror aktının törədilməsi İran dövlətinin çoxdan planlaşdırdığı aktdır:

“Onların bizə dost olmadığını, düşmən olduğunu çoxdan bilirik. İran beynəlxalq öhdəliklərini yerinə yetirməyən dövlətdir. Səfirliklər beynəlxalq qanunlarla qorunur. Amma İran üçün bu keçərli deyil, çünki qanunları ayaq altına atmağa öyrəşiblər”.

İmanlı qeyd edib ki, bu, İranın Azərbaycana ilk pisliyi deyil: “Onlar bir zamanlar Azərbaycan və Ermənistan arasında hansısa vasitəçilik həyata keçirməyə çalışırdı. Azərbaycanın o dövrdəki rəhbəri danışıqlar üçün Tehrana uçmuşdu, amma İrana çatanda aydın oldu ki, Şuşa şəhəri işğal edilib. Bütün bunlar həqiqətdir. Düşmən öz işini görür. Terror cinayətini törədənlər cəzalandırılmalıdır. İran BMT daxil olmaqla beynəlxalq platformalarda əsaslı izahat verməlidir. Eləcə də əgər öz əlləri yoxdursa, Azərbaycan hüquq mühafizə orqanlarının bu aktın istintaqının araşdırılmasına imkan verməlidir. Azərbaycan bütün bunları lənətləyir və ayaqdadır. İran özünü bağışlaya bilmir ki, Azərbaycanın güclü lideri torpaqlarını işğaldan azad etdi, onlar isə heç nə edə bilmədilər".


Müəllif: Nemət

Oxşar xəbərlər