31 Yanvar 2023 16:44
319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada 444 nəfər vaksinasiya olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 150, ikinci doza vaksinlərin sayı 121 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 144-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 942 575 olub.


Müəllif: Teleqraf.com