“Milli Məclisin iclaslarından biri İrandakı səfirliyimizə edilən hücuma, ümumən ölkəmizin xaricdəki diplomatik korpuslarının təhlükəsizliyinə həsr edilsin”.
Teleqraf.com xəbər verir ki, bu təkliflə parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
O xatırladıb ki, son dövrdə Azərbaycanın xaricdə fəaliyyət göstərən beş diplomatik korpusuna hücum edilib.
Deputat əlavə edib ki, xaricdə Azərbaycan səfirliklərinin təhlükəsizlik xidmətində silah olmalıdır: “Biz səfirliklərdə oluruq və görürük ki, onların təhlükəsizlik xidmətlərinin əməkdaşları qoruyucu gödəkçə geyinir və silahlı olurlar”.