Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində “Hacı Mətləb” də saxlanılıb.
Teleqraf.com xəbər verir ki, saxlanılanlardan biri də “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırovdur.
O eyni zamanda, “SalamNews" İnformasiya Agentliyinin və “İnterAz” televiziyasının rəhbəridir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi əməkdaşlarının İran casus şəbəkəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 39 nəfər saxlanılıb.
Əməliyyat keçirilən yerlər arasında "SalamNews" informasiya agentliyi və “İnteraz” telekanalı da var.